Prezident İlham Əliyev “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidentini qəbul edib
29.05.2018 [17:34]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Filip Roqu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə “Microsoft” şirkəti arasında səmərəli əməkdaşlığın aparıldığı bildirildi, bu təşkilatın Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrin önəmi qeyd olundu.