SİYASƏT


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Aktauda da qeyd olunub

Tədbir keçirilən zalın foyesində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi təşkil edilib. Azərbaycanın Aktaudakı Baş konsulluğunun rəhbəri Elxan Zeynalov Manqistau vilayət hakimi (qubernatoru) Yeralı Tukjanovu və digər rəsmi şəxsləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi ilə tanış edərək, Cümhuriyyətimizin yaranma tarixi, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.