CƏMİYYƏT


Qusarda 5 kəndi birləşdirən yeni yolun tikintisi iyul ayında yekunlaşacaq

Qusar rayonunda inşa olunan Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi iyul ayınadək başa çatdırılacaq. On min nəfərdən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 21 kilometrdir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda yola asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Artıq ilk 3 kilometrdə işlər yekunlaşıb.