Qusarın iki kəndinin 1000-dən çox abonenti ilk dəfə “mavi yanacaq”la təmin olunacaq
31.05.2018 [13:08]
Xəbərin mətni
SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qusar rayonunun daha iki kəndinin ilk dəfə “mavi yanacaq”la təmin olunması üçün işlərə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Piral kəndinin qazlaşdırılması işlərinə aprel ayından start verilib. Kəndin qazla təmin olunması üçün 38 min metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunacaq.