Ölkəmizi Şanxay Əməkdaşlıq Təşkilatının Birinci Media-sammitində AZƏRTAC təmsil edib
01.06.2018 [13:55]
Təşkilatın dialoq üzrə tərəfdaşı olan Azərbaycanı Media-Sammitdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov təmsil edib. Media-Sammitdə AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişi imzalanıb.