DÜNYA


Kabildə partlayış: 14 nəfər həlak olub, 17 nəfər yaralanıb

Kabildə universitet yaxınlığında baş verən partlayış nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. AZƏRTAC xəbər verir ki, TOLOnews telekanalının yaydığı məlumata görə, partlayış ilahiyyatçı alimlərin ölkədəki vəziyyətlə əlaqədar fətva vermək üçün yığışdığı çadırı tərk etdikləri vaxt törədilib. Ölənlər arasında 7 din xadiminin və təhlükəsizlik xidmətinin 4 əməkdaşının olduğu bildirilir.