Babək prospektində yenidənqurma işləri davam edir
04.06.2018 [18:12]
Xəbərin mətni
Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 8,7 kilometr olan Babək prospektinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə davam etdirilir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır.