RƏSMİ


Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyeni qəbul edib. AZƏRTAC xəbər verir ki, David Lappartyen velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlməsindən məmnunluğunu ifadə etdi. O, bu tədbirin mühüm beynəlxalq idman yarışı olduğunu vurğulayaraq 43 ölkədən 1500-dən artıq idmançının iştirak etdiyini bildirdi.