Bakı Metropoliteninin “Sahil” stansiyası vətəndaşların istifadəsinə verilib
07.06.2018 [15:16]
Bu gün "Sahil" stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra qapılarını sərnişinlərin üzünə açıb. Stansiyada təmir işlərinə başlanılmasının əsas səbəbi eskalatorların dəyişdirilməsi zərurəti idi. Bakı Metropoliteninin 1967-ci il noyabrın 6-da istifadəyə verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu. Yenidənqurma prosesi çərçivəsində istismar müddətini başa vurmuş 3 eskalator sökülərək əvəzində Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırılıb.