Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə binaya düşən ildırım güclü yanğına səbəb oldu

08.06.2018 [13:06]

Biləcik əyalətinin Osmaneli bölgəsində Türkiyənin Dövlət Dəmir Yollarına məxsus binanın damına ildırım düşüb. Nəticədə güclü yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, binaya ciddi ziyan dəyib.