CƏMİYYƏT


Fermerlərə pestisidlərdən səmərəli istifadə üsulları öyrədilir

Kənd Təsərrüfatı Nazirliyi Qubada fermerlər üçün meyvə bağlarında “Zərərverən orqanizmlərə qarşı inteqrir mübarizə tədbirləri” mövzusunda təlimlər keçirib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlər nazirliyin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil edilib. Layihənin icrası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.