CƏMİYYƏT


Rəqəmsal iqtisadiyyatın sürətli inkişafı ənənəvi iqtisadiyyatda da bir çox yeniliklər yaradıb

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti çərçivəsində rəqəmsal iqtisadiyyat mövzusunda üçüncü panel iclası keçirilib. Panelin moderatoru Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının İdarə Heyətinin üzvü Daniel Cappezon iclasın rəqəmsal iqtisadiyyatda xarici investisiyaların yatırımı istiqamətində atılan addımların, ən yaxşı təcrübələrin təhlil edilməsi imkanı yaratdığını söyləyib. O, əminliyini bildirib ki, rəqəmsal sahədə uğurlu nümunənin araşdırılması istiqamətində müzakirələr səmərəli nəticələr verəcək. Daniel Cappezon Azərbaycan hökumətinin rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək üçün önəmli addımlar atdığını vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır