RƏSMİ


Prezident İlham Əliyev Perunun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Mariya Milaqros Kastanyon Seoane fəxri qarovul dəstəsinin qarşısından keçdi. Mariya Milaqros Kastanyon Seoane etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.