RƏSMİ


Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Mixail Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçdi. Mixail Boçarnikov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.