CƏMİYYƏT


Şabranın iki kəndinin sakinləri ilk dəfə “mavi yanacaq”la təmin olunacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şabran rayonunun daha iki kəndinin ilk dəfə “mavi yanacaq”la təmin olunması üçün işlərə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağlıq ərazidə yerləşən Qorğan kəndinin qazlaşdırılması işlərinə may ayından start verilib. Kəndin qazla təmin olunması üçün 13 min 500 metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə ediləcək.