CƏMİYYƏT


Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Tovuzda fermerlərlə görüşüb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Ağstafa, Göygöl və Tovuz rayonlarında karantin tətbiq edilən və xüsusi təhlükəli orqanizmlərə qarşı bitki mühafizəsi tədbirlərinin yerinə yetirilmə vəziyyəti, Gürcüstanın Siqnavi və Georgi yaşayış məntəqələrindən Ceyrançöl Dövlət Fond torpaqlarının qış otlaqları ərazisinə kütləvi miqrasiya etmiş və sürü halında yaşayan çəyirtkələrə qarşı mübarizə tədbirlərinin nəticələri, Göygöl və Tovuz Regional Aqrokimya laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub.