Yağış Xaçmazın taxıl zəmilərinə ziyan vurub
11.06.2018 [18:10]
Xəbərin mətni
İyunun ilk ongünlüyündə yağan yağışlar Xaçmaz rayonunun taxıl zəmilərinə ziyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaxın günlərdə biçilməli olan taxıl zəmiləri güclü yağışın təsirindən yerə yatıb. Bu isə taxılın toplanması zamanı itkinin çoxalmasına səbəb olacaq.