CƏMİYYƏT


Məhəmməd Hadi küçəsinin bir hissəsi yenidən qurulub

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentlik hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə paytaxt Bakının nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin yenidən qurulması işləri çərçivəsində Xətai rayonunun Məhəmməd Hadi küçəsində yenidənqurma və bərpa işlərini sürətlə və keyfiyyətlə davam etdirir.