Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçirilib

12.06.2018 [18:43]

Xəbərin mətni
İyunun 12-də IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçirilib. Milli yığma komandamızın futbolçuları Kamran Ağayev, Ruslan Qurbanov və Cavid İmamverdiyev tərəfindən keçilən ustad dərslərinə 30-a yaxın uşaq qoşulub.