CƏMİYYƏT


Salatın Əsgərova küçəsinin bir hissəsi təmir edilib

Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bu işlər 4 minə yaxın kvadratmetr sahəni əhatə edib. Bundan başqa təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına isə 600 poqonmetr uzunluğunda yeni səki daşları düzülüb.