CƏMİYYƏT


Balakənli mürəbbə istehsalçısı “ABAD”ın dəstəyindən razıdır

“ABAD”ın dəstək verdiyi Balakən rayonunun Yeni Şərif kənd sakini Məhəmməd Xəlilovun ailəsi uzun illərdir ki, cem və mürəbbə istehsalı ilə məşğul olur. Xəlilovlar ailəsi ev şəraitində kustar üsulla hazırladıqları mürəbbələri əsasən, Balakən rayonunda satışa çıxarırdılar. Ev şəraitində cem və mürəbbə hazırlamaq isə çox vaxt və enerji tələb edirdi. Məhəmməd Xəlilov mürəbbə istehsalı üzrə ailə biznesini inkişaf etdirmək, böyük bazarlara, ticarət şəbəkələrinə, supermarketlərə çıxış əldə etmək üçün “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaq qərarına gəlib.