SİYASƏT


Heydər Əliyev Mərkəzində “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub

İyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovdur. Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat yolundan, xalqı və dövləti naminə apardığı mübarizədən bəhs olunur.