SİYASƏT


Novruz Məmmədov: Bakının “EXPO 2025” sərgisinə ev sahibi seçilmək şansı daha çoxdur

Bu fikri Azərbaycanın Baş naziri, Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Novruz Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib. “Ümumiyyətlə, belə böyük universal sərgilərin təşkili planetimizin həyatında mühüm hadisədir. Belə bir sərgini təşkil etmək hüququ qazanan ölkə öz imkanları haqqında dünyaya, beynəlxalq birliyin üzvlərinə ətraflı məlumat vermək imkanı əldə edir. Belə böyük sərgilər uzunmüddətli olur. Onlara xüsusi hazırlaşmaq lazımdır”, - deyə Baş nazir vurğulayıb.