İndoneziyada piton qadını udub
16.06.2018 [15:29]
Hadisə Sulavesi adasında baş verib. Qohumları 54 yaşlı Va Tibanın itkin düşməsi ilə bağlı polisə məlumat veriblər.
Qadının ayaq izləri ilə gedən şəxslər qarnı şiş vəziyyətdə olan 8 metrlik pitona rast gəliblər. İlanı öldürən kənd sakinləri onun qarnından Va Tibanın cansız cəsədini çıxarıblar.