DÜNYA


Moskvanın mərkəzində taksi bir qrup meksikalı azarkeşə çırpılıb

Məlumata görə, hadisəni törədən sürücü, Qırğızıstanda anadan olmuş Çingiz Anarbek olub. Taksi əvvəl yol nişanında dəyib, daha sonra idarətetməni itirən sürücü onu azarkeşlərin üstünə sürüb. İlkin məlumata görə, səkkiz nəfər yaralanıb. Sürücü qaçmağa çalışsa da, o, tezliklə nəzarətə alınıb.