Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb, ölən və yaralananlar var
17.06.2018 [13:13]
Qazaxıstanın cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində 1 yeniyetmə ölüb, daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qatar Astanadan Alma-Atı istiqamətində hərəkətdə olub.