CƏMİYYƏT


Çindao sərgisində Azərbaycan şərab və spirtli içkilərinə maraq böyük olub

Azərbaycanın Çindəki səfirliyinin hazırladığı milli stenddə ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar, əsasən şərab və spirtli içkilər nümayiş etdirilib. Azərbaycan stendini ziyarət edənlərə ölkəmizdəki əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, çap materialları təqdim edilib. Çindao sakinlərinin Azərbaycan məhsullarına marağı böyük olub.