SİYASƏT


Bayram tədbirlərində iştirak edəcək Türkiyə hərbi qulluqçuları ölkəmizə gəlib

Bayram tədbirlərində iştirak edəcək Türkiyə hərbi qulluqçuları Azərbaycana gəlib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Silahlı Qüvvələrinin 100 nəfərədək hərbi qulluqçusu ölkəmizə səfərə gəlib.