SİYASƏT


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışı olub

İyunun 21-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının 2018-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə Ali Hərbi Məktəbin, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov əlamətdar gün münasibətilə müdavimlərə və onların valideynlərinə təbriklərini çatdırıb.