CƏMİYYƏT


UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib

Parisdə UNESCO-nun baş qərargahında “İnformasiya hamı üçün” proqramı (İFAP) üzrə Hökumətlərarası Şuranın 10-cu sessiyası keçirilib. AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti tərəfindən İFAP proqramının prioritet sahələrinə uyğun olaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması sahəsində əldə olunmuş nailiyyətlər, uğurlu təcrübələr və mövcud vəziyyətin inkişafı ilə bağlı aparılan işlər barədə geniş təqdimat keçirilib.