DÜNYA


Türkiyədə prezident və parlament seçkilərinə səsvermə başa çatıb

Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkiləri seçici fəallığı ilə başa çatıb. AZƏRTAC xəbər verir ki, səsvermə Ankara vaxtı ilə saat 8:00-da başlayıb. Səsvermə ümumi seçici fəallığı ilə keçirilib. Vətəndaşlar azad şəkildə siyasi iradələrini ifadə ediblər. Səhər saatlarından başlayaraq səsvermə məntəqələrinin qarşısında növbələr yaranıb. Səsvermə saat 17:00-da başa çatıb. Prosesi izləmək üçün 34 ölkədən 650 KİV təmsilçisi və 500-dən çox beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.