RƏSMİ


Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Moskvada görüşdüyünü məmnunluqla xatırladı və söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldığını dedi.