RƏSMİ


Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda İran İslam Respublikası Mədəniyyət Günlərinin keçirilməsinin önəmini vurğulayaraq bu tədbirlərin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi.