Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb
27.06.2018 [11:26]
Türkiyənin Adıyaman vilayətinin Besni rayonunda təlim təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qaziantep Universitetinə məxsus olub.
Qəza nəticəsində təlimçi pilot həyatını itirib. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.