RƏSMİ


Prezident İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin birinci müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uelsi qəbul edib. AZƏRTAC xəbər verir ki, xanım Alis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı minnətdarlığını bildirdi və bu tədbirin böyük önəm daşıdığını dedi.