SİYASƏT


Dilarə Seyidzadə: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd edilməsi mühüm siyasi-elmi əhəmiyyət daşıyır

“Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda Gəncə şəhərində keçirilən beynəlxalq elmi-praktik konfrans işini bölmə iclaslarında davam etdirib. “Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şərait” adlı birinci bölmə öz işinə tarix üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Xalq Cümhuriyyəti tarixi problemini milli tarixşünaslığımıza gətirən görkəmli alim, Prezident Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadənin sədrliyi ilə başlayıb.