Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərinin qeydiyyatına başlayacaq

29.06.2018 [17:19]

Xəbərin mətni
Agentlik iyuldan qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq. Agentlik qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərəcək, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verəcək. Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI