SİYASƏT


Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir

Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinin planına əsasən, “Həyəcan” siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.