CƏMİYYƏT


Ağstafada 5 kəndi birləşdirən yollar yenidən qurulub

Ağstafa rayonunda Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yolu əsaslı şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub. Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tikinti layihəsinə uyğun olaraq yolun əsasında dağılmış hissələr müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək yayılıb və kipləşdirilib. Mövcud çınqıl örtüklü yol avtoqreyderlə kipləşdirilib və yol əsası inşa edilib.