SİYASƏT


Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində olub. Təlimlərə cəlb edilmiş zabit heyəti ilə keçirilən xidməti müşavirədə birləşmə və hərbi hissələrin komandir, rəis heyətlərinin planları, fəaliyyətləri, qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.