Qubalı bağbanlar tezyetişən alma sortlarından məhsul yığımına başlayıb
04.07.2018 [11:48]
Xəbərin mətni
Qubalı bağbanlar tezyetişən alma sortlarından məhsul yığımına başlayıblar. Hələlik yalnız “Papirovka” sortu alma yığılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sort almanın yığımı iyulun 15-nə qədər yekunlaşacaq. Təsərrüfatçılar ilk məhsulun yalnız yerli bazarda satıldığını bildirilər. Çünki “Popirovka” dərildikdən sonra öz keyfiyyətini uzun müddət qoruya bilmir.