CƏMİYYƏT


Bu gündən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sərnişin axınının artması ilə əlaqədar olaraq, iyulun 4-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə Bakıdan saat 17:00 və 21:40-da, Sumqayıtdan isə saat 17:50-də və 20:30-da yola düşən elektrik qatarları təyin edilir.