CƏMİYYƏT


Paytaxtın şimal girişində 5 kilometrlik hissə yenidən qurulub

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sözügedən yolun ilkin mərhələdə 6-11-ci kilometrlik hissəsində- Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından Xırdalan dairəsinədək olan hissəsində təmir-tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşdırılıb.