Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Finlandiyanın xarici ticarət və inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

05.07.2018 [14:42]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi və bunun üçün geniş potensialın mövcud olduğunu vurğuladı.