MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzində "Astana – böyük çölün incisi" adlı sərgi açılıb

Sərgi Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan edilməsinin 20 illiyinə həsr olunub. Fotosərgi Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Fondunun təşkilatçılığı, Heydər Əliyev Fondu və Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir. Ekspozisiyada Qazaxıstan paytaxtının müxtəlif tikililərinin fotosu təqdim edilib. Onların arasında planetin 90 epik binası siyahısına daxil olmuş, Astananın əsas brendi sayılan “Bayterek”, Qazaxıstan Respublikası Prezidentinin iqamətgahı – “Ak Orda”, Astanadakı Ekspo Mərkəzindəki ən qeyri-adi binalardan biri – kürəşəkilli “Nur Alem” kimi memarlıq nümunələri var.