DÜNYA


Yaponiyada leysanlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb. Bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Son məlumatlara əsasən, 44 nəfər hələ də itkin düşmüş hesab olunur. Yaponiyanın Müdafiə Qüvvələri əsgərlərin dəstəyi ilə xilasedicilər bazar günü tezdən axtarış əməliyyatlarını davam etdirdilər.