Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə qatar qəzasında həlak olanların sayı 24 nəfərə çatıb

09.07.2018 [11:00]

Türkiyənin Tekirdağ əyalətinin Sarılar kəndi yaxınlığında sərnişin qatarı relsdən çıxaraq aşıb. Qatar qəzasında həlak olanların sayı 24 nəfərə çatıb. Yaralanan 318 nəfərdən 194-ü orada müayinə olunub, qalan 124 yaralı isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Ərazinin palçıqlı olması xilasetmə işlərinə çətinlik törədib.