Türkiyədə dəmiryol qəzasına görə iki maşinist saxlanılıb
09.07.2018 [15:43]
Türkiyəni Tekirdağ əyalətində baş verən dəmiryol qəzasına görə iki maşinist tutulub. Qeyd edək ki, iyulun 8-də Türkiyədə Uzunköprü - Halkalı istiqamətində hərəkət edən 6 vagondan ibarət qatar relsdən çıxıb. Qəza nəticəsində 24 nəfər ölüb, 318 nəfər xəsarət alıb.