CƏMİYYƏT


İsveçrə şirkətləri Azərbaycanda həyata keçirilən investisiya layihələrində birgə fəal iştiraka dəvət ediliblər

2019-cu ilin əvvəlində İsveçrədə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının keçiriləcəyi gözlənilir. AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.