Əsəd Əhmədov küçəsinin yenidən qurulması işləri yekunlaşır
10.07.2018 [10:35]
Uzunluğu 1,6 kilometr, eni 7-8 metr olan küçədə yenidənqurma işlərinin sonuncu mərhələsidir. Ümumilikdə layihə boyu aparılan işlər çərçivəsində küçənin eni ərazilərdən asılı olaraq 14-20 metrə qədər genişləndirilib. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülüb, zəruri olan yerlərdə yararsız qrunt çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib.